Şahbaz Şərif sabah Türkiyəyə səfər edəcək
Far.Az xəbər saytı

Şahbaz Şərif sabah Türkiyəyə səfər edəcək


Pakistanın Baş naziri Şahbaz Şərif iyulun 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfər edəcək.

"Far.Az" xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə Pakistan arasında münasibətlər bütün istiqamətlər üzrə nəzərdən keçiriləcək.

Tərəflər, əsasən ticarət və investisiya sahələrində əməkdaşlığın inkişafı, həmçinin regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparacaqlar.

Səfər çərçivəsində Türkiyə-Pakistan Biznes Forumunun keçirilməsi də nəzərdə tutulub.

Xatırladaq ki, Ş.Şərifin regional səfəri çərçivəsində Türkiyə və İrana səfər etməsi nəzərdə tutulur.

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər