Rusiya Belarusdan benzin idxalını rekord həddə çatdırıb
Rusiya Belarusdan benzin idxalını rekord həddə çatdırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti Qiymət İndeksləri Mərkəzinin (QİM) məlumatlarına istinadən yazıb.
Məlumata görə, iyunun 1-25-i tarixlərində Rusiyaya Belarusdan 141 min ton benzin idxal olunub. Bu göstərici may ayı ilə müqayisədə 2,4 dəfə, ötən ilin eyni dövrü ilə müqayisədə isə təxminən 141 dəfə çoxdur. Belə ki, 2025-ci ilin iyununda idxal cəmi 1 min ton təşkil edib.
Bildirilir ki, Belarus əvvəllər Mərkəzi Asiya bazarı üçün nəzərdə tutulan yanacaq həcmini Rusiya istiqamətinə yönləndirib.
Bununla belə, idxalın artmasına baxmayaraq, Rusiyada yanacaq çatışmazlığı tam aradan qalxmayıb. Belarusun illik benzin ixrac potensialı 1,8-2 milyon ton, aylıq isə təxminən 150-170 min ton təşkil edir. Rusiyada isə yay aylarında gündəlik benzin istehlakı ən azı 110 min tondur.
Qeyd olunur ki, ölkədə yaranmış yanacaq qıtlığı Ukraynanın pilotsuz uçuş aparatlarının neft infrastrukturu obyektlərinə endirdiyi zərbələrdən sonra daha da dərinləşib. Bu səbəbdən Moskva yanacaq tədarükünü artırmaq üçün Belarusla yanaşı Hindistandan da benzin idxal edir və Qazaxıstanla əlavə 50 min ton yanacağın alınması istiqamətində danışıqlar aparır.
Marşrutların dəyişdirilməsi Mərkəzi Asiya ölkələrinə də təsirsiz ötüşməyib. Qırğızıstanın Energetika Nazirliyi iyul ayında Belarusa və qonşu dövlətlərə yanacaq təminatına dəstək göstərilməsi üçün müraciət edib. Bunun əsas səbəbi ölkəyə idxal olunan benzinin 90 faizinin Rusiyanın payına düşməsidir.
Oxşar xəbərlər
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













