Alimlər Yer üzündə son bitkinin nə vaxt məhv olacağını hesabladılar
Far.Az xəbər saytı

Alimlər Yer üzündə son bitkinin nə vaxt məhv olacağını hesabladılar


Alimlər Yer üzündə bitki həyatının nə vaxt sona çatacağı ilə bağlı yeni hesablamalar aparıblar. Araşdırmaya görə, planetimizdəki son bitki növü təxminən 1,87 milyard il sonra yox olacaq.

BAKU.WS xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Geophysical Research: Atmospheres" jurnalında dərc olunub.

Astrobioloq Ceykob Hakk-Misra və iqlimşünas Erik Volf tərəfindən hazırlanan üçölçülü iqlim modelləri əsasında Yerin qarşıdakı iki milyard il ərzində necə dəyişəcəyi təhlil edilib.

Mütəxəssislərin hesablamalarına görə, bu müddətdə Günəş təxminən 20 faiz daha parlaq olacaq. Nəticədə Yer üzündə temperatur kəskin artacaq və ya atmosferdə karbon qazının azalması bitkilərin yaşamasını mümkünsüz edəcək.

Araşdırmada iki fərqli ssenari nəzərdən keçirilib. Birinci ssenariyə əsasən, karbonun udulması sürətləndiyi üçün atmosferdə karbon qazının miqdarı kəskin azalacaq və bitkilər təxminən 1,84 milyard il sonra məhv olacaqlar.

İkinci ssenaridə isə karbon qazının səviyyəsi sabit qalsa da, Yerin orta temperaturu 65 dərəcəyə yüksələcək. Bu halda son bitkilərin təxminən 1,87 milyard il sonra həddindən artıq istilik səbəbindən yox olacağı proqnozlaşdırılır.

Alimlər bildirirlər ki, bu müddət Yer okeanlarının buxarlanaraq tamamilə yox olacağı dövrlə demək olar ki, üst-üstə düşür.

Bununla yanaşı, tədqiqat müəllifləri qeyd edirlər ki, hesablamalar bitkilərin indiki xüsusiyyətlərini qoruyacağı fərziyyəsinə əsaslanır. Gələcəkdə baş verə biləcək təkamül prosesi və ya inkişaf etmiş texnologiyalar bu müddətin uzanmasına imkan yarada bilər.

Mütəxəssislər hesab edirlər ki, bitkilər dəyişən iqlimə uyğunlaşaraq daha yüksək ərazilərdə, hətta stratosferə yaxın zonalarda yaşaya və ya Günəş şüalarını əks etdirən texnologiyalar vasitəsilə Yerin soyudulması mümkün ola bilər. Buna görə də Yer üzündə həyatın gələcəyi təkcə təbii proseslərdən deyil, mümkün texnoloji inkişaflardan da asılı olacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər