Luis de la Fuente: Heyətimizdə yüksək səviyyəli 26 futbolçu var
Far.Az xəbər saytı

Luis de la Fuente: Heyətimizdə yüksək səviyyəli 26 futbolçu var


İspaniya millisinin heyətində yüksək səviyyəli 26 futbolçu yer alıb.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bunu adıçəkilən yığmanın baş məşqçisi Luis de la Fuente Portuqaliyaya qarşı keçirdikləri DÇ-2026-nın 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları görüşü şərh edib:

"Ən önəmli futbolçular oyuna sonradan daxil olanlardır. Merinoya demişəm ki, həmişə oynadığımız üsluba sadiq qalmalıyıq. Onun rolu yarımmüdafiə ilə hücum xətti arasında əlaqə yaratmaq, komandaya dəstək verməkdir. Merino ilə bağlı düşüncəmiz komandaya lazım olan ritmi və enerjini qazandırmaq idi. Ehtiyat oyunçular skamyasından meydana daxil olan futbolçuların töhfəsi əla səviyyədə olub. Bunun səbəbi isə heyətimizdə yüksək səviyyəli 26 futbolçunun olmasıdır".

Qeyd edək ki, İspaniya Portuqaliya seçməsinə 1:0 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
DÇ-2026: İngiltərə Konqo üzərində əzmkar qələbə qazanaraq 1/8 finala adlayıb - YENİLƏNİB-6
DÇ-2026: İspaniya Portuqaliya üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib - YENİLƏNİB-4
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Azərbaycanın daha bir boksçusu dünya çempionatında mərhələ adlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər