Aİ ölkələri qışda Ukrayna və Moldovaya elektrik enerjisi ixracını artıracaq
Far.Az xəbər saytı

Aİ ölkələri qışda Ukrayna və Moldovaya elektrik enerjisi ixracını artıracaq


Qonşu Avropa İttifaqı (Aİ) ölkələrindən Ukrayna və Moldova üçün elektrik enerjisi ixrac imkanları qışda artırıla bilər.

“Far.Az” xəbər verir ki, bu barədə Avropa Komissiyası (AK) Avropanın ötürücü sistem operatorlarına (TSO) istinadən məlumat verib.

“Enerji sisteminin vəziyyətinin birgə qiymətləndirilməsinə əsasən, Elektrik Enerjisi üzrə Avropa Ötürmə Sistemləri Operatorları Şəbəkəsi (ENTSO-E) bu gün elan edib ki, ixrac limiti enerjisi sistemin sabitliyi və istismar təhlükəsizliyi saxlanılmaqla dekabrın 1-dən 1 700 MVt-dan 2 100 MVt-a qədər artırıla bilər”, - AK-nın kommünikesində deyilir.

“Bugünkü açıqlama Aİ-nin Ukrayna və Moldovaya güclü dəstəyinin və Avropa TSO icmasının həmrəyliyinin daha bir əlamətidir”, - AK-nın enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.

Xatırladaq ki, AK-nin rəhbəri Ursula fon der Lyayen sentyabrın 19-da Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə birgə mətbuat konfransında Aİ-nin qarşıdan gələn qış mövsümündə enerji sektorunda Ukraynaya kömək etməsinin üç istiqamət - təmir, birləşmə və sabitləşdirmə üzrə olacağını bildirmişdi.

“Məqsəd əhalinin bilavasitə ehtiyaclarını ödəməkdir, eyni zamanda biz Ukraynanın enerji sistemini uzunmüddətli perspektivdə daha da dayanıqlı edirik”, - AK sədri bildirib.

Oxşar xəbərlər

Ursula fon der Lyayen: Ukraynanın Aİ-yə inteqrasiyası səylərimizin mərkəzindədir
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib
Azərbaycan Aİ ilə “yaşıl enerji”nin tədarükü layihələrini müzakirə edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər