ABŞ-nin hücumu nəticəsində Xuzistanda ölən və yaralananlar var
Far.Az xəbər saytı

ABŞ-nin hücumu nəticəsində Xuzistanda ölən və yaralananlar var


ABŞ ordusunun İrana hücumları nəticəsində Xuzistan vilayətində nasos stansiyasının mühafizəçisi həlak olub, yaralananlar var.

"Far.Az" xəbər verir ki, bu barədə vilayət rəhbərliyinə istinadən "Fars" agentliyi məlumat yayıb.

"Bazar ertəsinə keçən gecə Amerika qoşunlarının həyata keçirdiyi hücum və Məhşəhr bölgəsindəki kənd təsərrüfatı nasos stansiyasına mərmi düşməsi nəticəsində bu kompleksin mühafizəçisi həlak olub, daha dörd nəfər yaralanıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumat üçün bildirək ki, Məhşəhr Fars körfəzinin yaxınlığında yerləşir və neft-kimya sənayesinin mərkəzi kimi tanınır.

Oxşar xəbərlər

Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Nazir Vilayət Eyvazov Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər