Haluk Leventin dərnəyi ilə bağlı saxlanılanların sayı 39-a çatdı
Far.Az xəbər saytı

Haluk Leventin dərnəyi ilə bağlı saxlanılanların sayı 39-a çatdı


Məşhur müğənni Haluk Leventin təsisçisi olduğu AHPAB dərnəyi adına toplanan ianələrin şübhəlilərin şəxsi hesablarına köçürüldüyü iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı 39-a çatıb.

BAKU.WS xəbər verir ki, İstanbul Respublika Prokurorluğu tərəfindən "Dərnəklər Qanununa zidd hərəkətlər" və "cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərini yumaq" ittihamları ilə başladılan istintaq genişlənib.

İkinci dalğa əməliyyatında nəzarətə alınanların ümumi sayı 39-a çatıb.

Son əməliyyat nəticəsində isə daha 17 nəfər saxlanılıb.

Hazırda hüquq-mühafizə orqanları axtarışda olan daha 4 şübhəlinin yaxalanması üçün işi davam etdirir.

Dərnəyin ofisində və şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı çox sayda rəqəmsal material, külli miqdarda nağd pul, qızıl, çek, veksel və müxtəlif sənədlər ələ keçirilib.

Haluk Levent və vəkil Ece Günerin də aralarında olduğu saxlanılan şəxslərin İstanbul Təhlükəsizlik İdarəsində dindirilmələri davam edir.

Saxlanıldıqdan sonra sosial media hesabı (X) vasitəsilə açıqlama verən Haluk Levent, günahsız olduğunu bəyan edib.

O, Daxili İşlər nazirinin müavini Bülent Turana göndərdiyi mesajlarda dərnəyin fəaliyyətinin yoxlanılmasını tələb etdiyini bildirib:

"Əziz dostlarım, 15 gündür nazir müavininə mesaj ataraq deyirəm ki, gəlin, zəlzələ dövründən bu günə qədər olan hər şeyi yoxlayın. Şəxsi borc-alacaq münasibətlərimi AHPAB ilə əlaqələndirməyin. Bilirəm, bu bombardman altında həqiqəti ortaya çıxarmaq çətindir, lakin nəticədə haqlı olduğumuz sübut olunacaq".

Levent, prosesin arxasında başqa məqamların olduğunu iddia edərək izləyicilərinə belə müraciət edib:

"Əsl bombanı gözləyin. Yaxın vaxtlarda edəcəyim açıqlamalarda prosesin necə başladığını görəcək və heyrət içərisində qalacaqsınız."

İstintaqın gedişatı və saxlanılan şəxslərin ifadələri ilə bağlı proses davam edir.

Oxşar xəbərlər

WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda unikal muzey: Dünyanın 56 yatağından toplanan minerallar - FOTOREPORTAJ
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər