Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində Serbiya ilə qarşılaşıb
Far.Az xəbər saytı

Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində Serbiya ilə qarşılaşıb


17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində ilk oyununu keçirib.

"Report" xəbər verir ki, B liqasının V qrupunda yer alan U-17 Lüksemburqda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunan görüş Serbiyanın 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla serblər A liqasına vəsiqə əldə ediblər.

Azərbaycan millisi qrupda növbəti matçını noyabrın 2-də Lüksemburqa qarşı keçirəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycan yığmasının baş məşqçisi: Dünya çempionatının seçmə mərhələsində qrupdan çıxacağımızı düşünürəm
Qızlardan ibarət Azərbaycan millilərinə namizəd basketbolçulara baxış prosesi keçirilib
Azərbaycan millisi “U-16 Türkdilli Ölkələr Turniri”ndə ikinci oyununu keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər