"Azərbaycan Beynəlxalq Bankı" maliyyə vəziyyətini açıqlayıb
Far.Az xəbər saytı

"Azərbaycan Beynəlxalq Bankı" maliyyə vəziyyətini açıqlayıb


"Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) bu ilin I yarısını 250,556 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,2 % çoxdur.

Yanvar-iyun aylarında ABB-nin gəlirləri 903,376 milyon manat (1 il əvvələ nisbətən 23,6 % çox), xərcləri 536,514 milyon manat (15,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 67,29 milyon manat (22,7 % az), mənfəət vergisi ödəmələri isə 49,015 milyon manat (40 % çox) təşkil edib.

Bu il iyulun 1-nə ABB-nin aktivləri 15 milyard 304,532 milyon manat olub ki, bu da illik müqayisədə 9 % çoxdur. Bunun 6 milyard 963,884 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 14,3 % böyüyüb.

Hesabat dövründə ABB-nin öhdəlikləri 8,5 % artaraq 13 milyard 72,75 milyon manata, o cümlədən depozit portfeli 2,1 % artaraq 9 milyard 257,094 milyon manat, balans kapitalı isə 11,4 % artaraq 2 milyard 231,782 milyon manat olub.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 281,271 milyon manatdır. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycanda bank maşınları satışa çıxarıldı - 4 min manatdan başlayır
"Bank VTB Azərbaycan"ın depozit portfeli 11 %-ə yaxın azalıb
"Ziraat Bank Azərbaycan"ın problemli kreditləri 83 % artıb
"Xalq Bank"ın xalis mənfəəti 2 dəfə azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər