Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib
Far.Az xəbər saytı

Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib


2026-cı il ilin yanvar-iyun aylarında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib.

BAKU.WS xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Bu xidmətlərin 180 minə yaxını "Bakı KOB evi"nin, 90 minə yaxını "Yevlax KOB evi"nin, 2 mindən çoxu bu ilin mart ayında istifadəyə verilmiş "Gəncə KOB evi"nin, 700-ə yaxını "Şuşa KOB evi"nin, 10 mindən çoxu "Xaçmaz KOB evi"nin, 32 mindən çoxu isə "Xaçmaz KOB evi"nin Xudat şəhərindəki xidmət mərkəzinin payına düşür.

KOB evlərində sahibkarlara göstərilmiş xidmətlərin 272 minə yaxını dövlət qurumları (G2B), 40 mindən çoxu isə biznes qurumları (B2B) tərəfindən göstərilib.

Sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, mənşə sertifikatı, fiziki şəxsin vergi uçotuna alınması, vergi, gömrük, poçt və kommunal xidmətlər və s. üçün müraciət ediblər.

Bu ilin I yarısında KOB evlərində bir sıra yeni xidmətlər də sahibkarların istifadəsinə verilib.

Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.

Qeyd edək ki, KOBİA-nın strukturuna daxil olan KOB evləri sahibkarlara operativlik, şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri əsasında biznes xidmətlərinin göstərildiyi vahid məkandır. KOB evlərində sahibkarlara ümumilikdə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlıq fəaliyyəti üçün zəruri olan 400-dən çox G2B və B2B xidmətlər göstərilir.

Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından səkkiz il ötür
Sahibkarlar 2025-ci ildə daha çox hansı xidmətlərdən istifadə ediblər
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər