Ermənistanda Qaqik Sarukyanın şirkəti dövlətin idarəçiliyinə keçib
Far.Az xəbər saytı

Ermənistanda Qaqik Sarukyanın şirkəti dövlətin idarəçiliyinə keçib


Ermənistanda Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Sarukyana məxsus "Araratsement" şirkəti dövlət idarəçiliyinə keçib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, "Qanunsuz mənşəli əmlakın müsadirə olunması haqqında" icraat çərçivəsində şirkət Antikorrupsiya Məhkəməsinin qərarı ilə Ermənistan dövlətinin idarəçiliyinə verilib.

Bundan əlavə, iddia ərizəsi çərçivəsində hakimiyyət orqanları Qaqik Sarukyandan 75 daşınmaz əmlak obyekti, 10 digər əmlak vahidi və 42 nəqliyyat vasitəsinin bazar dəyərinin müsadirə olunmasını tələb edir.

Qeyd edək ki, iyulun 6-da Ermənistan İstintaq Komitəsi tərəfindən saxlanılan Qaqik Sarukyan külli miqdarda dələduzluq təşkil etmək və çirkli pulların yuyulmasında ittiham olunur. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Dövlət Gömrük Komitəsi media nümayəndələri üçün mediatur təşkil edib
Sarukyanın sement zavodu milliləşdirilir: Paşinyandan etirazçılara xəbərdarlıq
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər