İspaniyanın Araqon muxtar icmasında meşə yanğını 12 min hektar sahəni əhatə edib
Far.Az xəbər saytı

İspaniyanın Araqon muxtar icmasında meşə yanğını 12 min hektar sahəni əhatə edib


İspaniyanın Araqon muxtar icmasının Ores bələdiyyəsindəki meşə yanğını 12 min hektar sahəni əhatə edib.

"Report" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Yanğın səbəbindən Sinko-Vilyas regionundakı Ores, Asin, Luesiya, Malpika-de-Arba və Unkastilyo şəhərlərinin sakinlərinin təxliyəsi həyata keçirilib.

Araqon hökumətinin daxili işlər naziri Roberto Bermudes de Kastro bildirib ki, cəlb edilmiş resurslar ən çox narahatlıq doğuran iki rayonu: Unkastilyo və Malpika-de-Arbanı qorumağa imkan verib.

"Bu gün biz yerdə təxminən 450 nəfərin, 30-dan çox təyyarənin və çevik reaksiya bölməsinin 300-dən çox hərbi qulluqçusunun iştirakı ilə mühüm əməliyyatı davam etdirəcəyik", - o qeyd edib.

Oxşar xəbərlər

Qərbi Azərbaycan İcmasında özbək və qırğız yazıçılarla görüş keçirilib
İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub
İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub - YENİLƏNİB - 3
Azərbaycan vətəndaşlarının Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - YENİLƏNİB
Qərbi Azərbaycan İcmasında qaçqınların qayıdış hüququ ilə bağlı beynəlxalq konfrans keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər