Polşa qırıcı təyyarələri Baltik dənizi üzərində Rusiyanın kəşfiyyat təyyarəsinin qarşısını alıblar
Polşa qırıcı təyyarələri Baltik dənizi üzərində Rusiyanın "İl-20" kəşfiyyat təyyarəsinin qarşısını alıblar.
"Report" RFM 24 radiostansiyasına istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış brifinq zamanı bildirib.
"Növbətçilik zamanı iki qırıcımız Polşanın hava məkanına daxil olmağa cəhd edən Rusiya kəşfiyyat təyyarəsinin qarşısını alıb. Təyyarə ilə əlaqə yaradıldıqdan və hava məkanını tərk etmək zərurəti barədə siqnallar alındıqdan sonra təyyarə Rusiyaya doğru hərəkət edib. Bu, hava hücumundan müdafiə sistemlərimizi aşkar etmək məqsədilə uzun müddətdən sonra Rusiyanın dəniz sərhədimizə yaxınlaşmaq üçün etdiyi ilk cəhddir", – o deyib.
Radiostansiyanın məlumatına görə, 2026-cı il aprelin 8-i Polşa Hərbi Hava Qüvvələrinin iki "F-16" qırıcı təyyarəsi Baltik dənizi üzərində kəşfiyyat missiyası yerinə yetirən Rusiyanın "İl-20" təyyarəsinin qarşısını uğurla alıb, vizual olaraq identifikasiya edib və müşayiət edib. Daha sonra, 2026-cı il aprelin 24-ü Polşanın "F-16" qırıcı təyyarələri Baltik dənizi üzərində Rusiyanın iki "Su-30" təyyarəsinin qarşısını alıb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Kosinyak-Kamış: ABŞ Polşada hərbi mövcudluğunu azaltmağı planlaşdırmır
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Polşa və Almaniya arasında müdafiə sahəsində saziş imzalanıb
"Artemis II" missiyası rekord qırdı: Astronavtlar Ayın cazibə zonasına daxil oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şuşa Qlobal Forumunun mesajı budur ki, həqiqət, dialoq, etimad davamlı sülhün əsas şərtləridir
-
Hikmət Hacıyev: Süni intellekt artıq reallığa çevrilib
-
ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra...
-
Britaniya Aİ-nin Ukraynanı maliyyələşdirmə üzrə 90 milyard avroluq proqramına qoşulub
-
Hörmüzdə gərginlik artır: İran tankerlər və ABŞ bazalarını vurdu
-
Beynəlxalq dil sertifikatları tanınmır? - DİM-dən açıqlama













