Türkiyə Yunanıstandakı 8 türk məktəbin bağlamasını pisləyib
Türkiyə Yunanıstanın Qərbi Trakiya türk azlığına məxsus daha səkkiz ibtidai məktəbin bağlanması qərarını qətiyyətlə pisləyib.
"Far.Az" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli "X"sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Yunanıstanın şagird sayının azlığını əsas gətirərək qəbul etdiyi bu qərardan sonra türk azlığına məxsus ibtidai məktəblərin sayı 76-ya enib.
Keçəli, həmçinin İskeçə 1 saylı Türkiyəyə aid ibtidai məktəbində birinci sinfə qəbul zamanı yeni maneələrin yaradıldığını qeyd edərək, bunu Qərbi Trakiya türk azlığının təhsil hüquqlarının sistemli şəkildə məhdudlaşdırılmasının növbəti nümunəsi adlandırıb.
"Bu cür qərar və addımlar Lozanna Sülh Müqaviləsinin müddəalarının pozulması xarakteri daşıyır".
O vurğulayıb ki, Yunanıstan Qərbi Trakiya türk azlığının hüquqlarının pozulmasını təsbit edən beynəlxalq məhkəmə qərarlarını və aparıcı Avropa qurumlarının tövsiyələrini icra etməkdən yayınır.
Keçəli Yunanıstanı azlıqların və əsas insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq öhdəliklərinə uyğun davranmağa çağırıb.
O əlavə edib ki, Türkiyə Qərbi Trakiya türk azlığının hüquq və mənafelərinin müdafiəsini bundan sonra da qətiyyətlə dəstəkləyəcək.
Yunanistan’ın Batı Trakya Türk Azınlığı’na Ait Sekiz İlkokulu Daha Kapatması Hakkında:
— Öncü Keçeli | Dışişleri Bakanlığı Sözcüsü (@oncukeceli) July 19, 2026
Yunanistan’ın, öğrenci sayısının yetersizliği bahanesiyle Batı Trakya Türk Azınlığı’na ait sekiz ilkokulu kapatma kararını kınıyoruz. Bu son kararla birlikte Azınlık ilkokullarının sayısı…
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













