Azərbaycanda kamança üzrə dövlət standartının layihəsi qəbul edilib
Far.Az xəbər saytı

Azərbaycanda kamança üzrə dövlət standartının layihəsi qəbul edilib


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) "Azərbaycan xalq çalğı alətləri" standartlaşdırılma üzrə Texniki Komitəsinin (AZSTAND/TK 44) növbəti iclasında konsensus əsasında təsdiqlənib.

"Report" bu barədə AZSTAND-a istinadən xəbər verir.

Məlumata əsasən, iclasda Mədəniyyət Nazirliyi və AZSTAND-ın nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Konservatoriyasının Milli Musiqi Alətlərinin Təkmilləşdirilməsi Elmi-Tədqiqat Laboratoriyasının, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin nümayəndələri, eləcə də ekspertlər, musiqişünaslar və kamança ifaçıları iştirak ediblər.

İclasda həmçinin AZSTAND/TK 44-ün strukturu və yeni üzvlərin komitəyə qəbulu məsələləri müzakirə edilərək səsverməyə çıxarılıb.

Qeyd edək ki, Texniki Komitənin yaradılmasında məqsəd Azərbaycan xalq çalğı alətlərinin qorunması və inkişafı, mədəni irsin gələcək nəsillərə ötürülməsi, standartlaşdırmanın müasir tələblərə və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması, eləcə də bu sahədə normativ sənədlər bazasının formalaşdırılmasıdır.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Adil Kərimli: "Hər bir çağırışı təhdid kimi qəbul edib onunla açıq mübarizəyə girə bilmərik"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər