Bir sıra mallar üçün gömrük yığımları müəyyənləşib
Far.Az xəbər saytı

Bir sıra mallar üçün gömrük yığımları müəyyənləşib


Sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında yerləşdirilməsinə görə müvafiq məbləğlərdə gömrük yığımları alınan malların siyahısı genişləndirilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər tərəfindən sənaye parklarında istehsal məqsədilə xammal kimi idxal istisna olmaqla, xarici iqtisadi fəaliyyətin mal nomenklaturunun 7213 (7213 91 410 0 alt yarımmövqeyi istisna olmaqla) və 7214 mal mövqeyində təsnifləşdirilən "dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar"ın 1 tonu üçün 150 manat, xarici iqtisadi fəaliyyətin mal nomenklaturunun 7005 10 050 0, 7005 10 250 0, 7005 10 300 0, 7005 10 800 0, 7005 21 250 0, 7005 21 300 0, 7005 21 800 0, 7005 29 250 0, 7005 29 350 0, 7005 29 800 0 alt yarımmövqelərində təsnifləşdirilən armaturlaşdırılmamış şüşələrin 1 tonu üçün 100 manat gömrük yığımı müəyyənləşib.

Qeyd edək ki, bu Qərar 2026-cı il 31 dekabr tarixinədək qüvvədə olacaq.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər