ABŞ Kanada mallarına 50 % həcmində əlavə idxal rüsumları tətbiq edib
Ağ Evin rəhbəri Donald Tramp bir sıra Kanada mallarına 50 % həcmində əlavə idxal rüsumları tətbiq edib.
"Report" xəbər verir ki, müvafiq bəyanat ABŞ Prezident Administrasiyasının rəsmi saytında dərc olunub.
Sənədin məzmununa əsasən, artırılmış tariflər "Kanadanın Amerika mallarına qarşı ayrı-seçkilik tədbirlərinə cavab olaraq" tətbiq edilib. Bəyanatda qeyd olunub ki, yeni rüsumlar geniş məhsul siyahısına - şərabdan tutmuş, xokkey çubuqlarına və sementə qədər - şamil edilir. Bununla yanaşı, enerji daşıyıcıları, kalium, dəniz məhsulları və kritik əhəmiyyətli minerallar yeni tarif tədbirlərinin təsir dairəsindən çıxarılıb.
Yeni rüsumlar Birləşmiş Ştatlar Prezidenti tərəfindən müvafiq fərmanın imzalanmasından 30 gün sonra qüvvəyə minəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda unikal muzey: Dünyanın 56 yatağından toplanan minerallar - FOTOREPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
-
Azərbaycanda tikinti sektorunda qiymət sabitliyi iyunda da qorunub
-
Hüquqşünas alimə cinayət işi açıldı
-
Avtovağzal Kompleksi yaxınlığında su borusunda qəza - Aidiyyəti qurum hərəkətə keçdi
-
FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirib
-
ABŞ Konqresi 1,15 trilyon dollarlıq müdafiə büdcəsini təsdiqləyib













