Pentaqon: İrana zərbələrin bərpasından sonra təxminən 100 ABŞ hərbçisi xəsarət alıb
Far.Az xəbər saytı

Pentaqon: İrana zərbələrin bərpasından sonra təxminən 100 ABŞ hərbçisi xəsarət alıb


Son iki həftə ərzində ABŞ-nin İrana qarşı keçirdiyi hərbi əməliyyatlar zamanı təxminən 100 amerikalı hərbi qulluqçu müxtəlif dərəcəli xəsarətlər alıb.

"Report" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell "X" sosial şəbəkəsində bildirib.

"7 iyul 2026-cı ildən etibarən 100-ə yaxın hərbi qulluqçu müxtəlif dərəcəli xəsarətlər alsa da, onların 96 %-i xidmətə qayıdıb. Onlar döyüşə qayıtmaq əzmindədirlər", - o yazıb.

Bununla yanaşı, Parnell vurğulayıb ki, alınan xəsarətlərin böyük əksəriyyəti yüngül beyin sarsıntılarıdır.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirmişdi ki, iyulun 17-də İordaniya ərazisində İran raketlərinin və pilotsuz uçuş aparatlarının hücumlarının dəf edilməsi zamanı iki amerikalı hərbi qulluqçu həlak olub, biri itkin düşüb.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı əməliyyata başlayıb. İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı əldə olunmuş razılaşmaların Hörmüz boğazına aid hissəsinin şərtlərini pozmaqda ittiham edərək ona qarşı genişmiqyaslı zərbələri bərpa edib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə dərəyə düşüb, biri həlak olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər