Koşta ilə Börnhem Aİ və Böyük Britaniya arasındakı əməkdaşlığı müzakirə ediblər
Far.Az xəbər saytı

Koşta ilə Börnhem Aİ və Böyük Britaniya arasındakı əməkdaşlığı müzakirə ediblər


Avropa İttifaqı (Aİ) və Böyük Britaniya münasibətlərin daha da möhkəmləndirilməsi barədə razılığa gəlib və Ukraynaya dəstək məsələsində əməkdaşlığı müzakirə ediblər.

"Far.Az" xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta Britaniyanın yeni Baş naziri Endi Börnhemlə danışıqların yekunlarına dair "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

"Endi Börnhemlə yaxşı söhbətimiz oldu. Bu ilin sonlarında Brüsseldə keçiriləcək ikinci Aİ-Böyük Britaniya sammiti ərəfəsində Aİ və Böyük Britaniya arasında münasibətlərin daha da möhkəmləndirilməsi barədə razılığa gəldik. Biz həmçinin Avropanın qarşısında duran ümumi geosiyasi çağırışları da müzakirə etdik. Aİ və Böyük Britaniya Ukraynaya dəstək məqsədilə sıx əməkdaşlığı davam etdirəcəklər", - o yazıb.

Oxşar xəbərlər

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü olub
İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilir
İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Antonio Koşta Bakıda şəhidlərin xatirəsini anıb
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər