Ukrayna Futbol Assosiasiyasının sabiq prezidenti Andrey Pavelko Slovakiyada saxlanılıb
Far.Az xəbər saytı

Ukrayna Futbol Assosiasiyasının sabiq prezidenti Andrey Pavelko Slovakiyada saxlanılıb


Vəsaitlərin mənimsənilməsi işi üzrə beynəlxalq axtarışa verilmiş Ukrayna Futbol Assosiasiyasının sabiq prezidenti Andrey Pavelko Slovakiyada saxlanılıb.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Ruslan Kravçenko məlumat verib.

Onun sözlərinə görə, A.Pavelko uzun müddət ölkə hüdudlarından kənarda qaldıqdan sonra Bratislavada saxlanılıb:

"O, illərlə Ukrayna ədliyyəsindən gizlənirdi. Lakin beynəlxalq axtarış və xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq öz nəticəsini verdi".

İstintaqın məlumatına görə, Pavelko Futbol Federasiyasının təxminən 295 milyon qrivna (6,6 milyon dollar) vəsaitinin öz nəzarətində olan kommersiya strukturları vasitəsilə çıxarılması sxemini təşkil edib. Bunun üçün yalnız kağız üzərində mövcud olan dəniz məhsullarının, elit çay və qəhvə növlərinin, eləcə də elektrik avadanlıqlarının tədarükü üzrə saxta müqavilələr bağlanıb.

Qeyd olunub ki, bu addımlar nəticəsində Ukrayna Futbol Federasiyasına və onun regional bölmələrinə milyonlarla məbləğdə ziyan dəyib.

Ukraynanın Baş Prokurorunun Ofisi artıq saxlanılan şəxsin ekstradisiyası proseduruna başlayıb.

Xatırladaq ki, 2025-ci ilin sonunda Ukrayna Futbol Assosiasiyasının sabiq rəhbəri Andrey Pavelko rəsmi şəkildə beynəlxalq axtarışa verilmişdi.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Bratislavada İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
İlham Əliyev və Peter Pelleqrini Bratislavada Devin qəsrində olublar
Azərbaycan və Slovakiya prezidentləri Bratislavada "Azadlıq Qapısı" abidəsini ziyarət ediblər
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər