Rusiya Xarkov, Sumı və Zaporojyeyə zərbələr endirib: ölən və onlarla yaralı var
Far.Az xəbər saytı

Rusiya Xarkov, Sumı və Zaporojyeyə zərbələr endirib: ölən və onlarla yaralı var


Rusiyanın sutka ərzində Ukraynanın Xarkov, Sumı və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində 1 nəfər həlak olub, 34 nəfər yaralanıb, onların arasında uşaqlar da var.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat veriblər.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, ötən sutka ərzində Rusiya qoşunları Xarkova və vilayətin 18 yaşayış məntəqəsinə raket zərbələri endirib və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə hücum edib. Nəticədə 1 nəfər həlak olub, 14 nəfər yaralanıb.

Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib ki, çərşənbə axşamına keçən gecə Rusiya qoşunları Sumı şəhərinə idarəolunan aviabombalarla zərbə endirib. İlkin məlumatlara görə, 3-ü uşaq olmaqla 6 nəfər xəsarət alıb.

Öz növbəsində, Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun verdiyi məlumata görə, Rusiya qüvvələri regionun 49 yaşayış məntəqəsinə 1000-dən çox zərbə endirib. Nəticədə 3-ü uşaq olmaqla 14 nəfər yaralanıb.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər