Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
Salyan rayonunda elektrik enerjisinin verilişi bərpa olunub.
“Far.Az”un Aran bürosunun məlumatına görə, güclü külək nəticəsində elektrik dirəyində yaranmış nasazlıqlar aradan qaldırılıb.
İşıqsız qalan bir sıra küçələrdə elektrik enerjisinin verilişi bərpa edilib.
Güclü külək Salyanda fəsadlar törədib, şəhərin bir sıra küçələri işıqsız qalıb.
“Far.Az”un Aran bürosunun məlumatına görə, günorta saatlarında başlanan külək daha da güclənib.
Sakinlərin sözlərinə görə, güclü külək şəhərdə elektrik dirəklərindən birini aşırıb, naqillər qırılıb. Nəticədə iki saatdan çoxdur ki, şəhərin Heydər Əliyev prospektinin bir hissəsi, Əliağa Kürçaylı, Təbriz Xəlilbəyli, Yunis Zərgərli, Ənvər Qasımzadə, Əli Zeynalov, Axund Mirbağırağa küçələri işıqsız qalıb.
Hazırda aidiyyəti qurumlar tərəfindən lazımı tədbirlər görülür.
Oxşar xəbərlər
Salyanda güclü külək elektrik dirəyini aşırıb, şəhərin bir sıra küçələri işıqsız qalıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
İsmayıllıda güclü külək fəsadlar törədib, onlarla ailə işıqsız qalıb
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir













