Ağdamda əkin sahəsini qəsdən yandıran şəxs saxlanıldı - ANBAAN GÖRÜNTÜ
Ağdam rayonu ərazisində son günlər baş vermiş yanğın hadisələrinin səbəblərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Far.Az-ə verilən məlumata görə, araşdırmalar çərçivəsində əraziyə qaldırılmış pilotsuz uçuş aparatı (PUA) və video-müşahidə kameralarının görüntüləri təhlil olunub. Toplanmış materiallar əsasında Ağdam-Ağcabədi inzibati ərazilərinin kəsişməsində yerləşən əkin sahələrinin qəsdən yandırılması faktı müəyyən edilib.
İlkin araşdırmalar zamanı hadisənin 77-PT-225 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobili idarə edən 29 yaşlı Səbuhi Hüseynli tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən olunduğundan həmin şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Hazırda S.Hüseynlinin təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməsi, hadisənin bütün hallarının tam və hərtərəfli araşdırılması, habelə əmələ hüquqi qiymət verilməsi istiqamətində zəruri prosessual tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Meşələrdə yanğın təhlükəsizliyinə dair tədbirlər keçirilib
20 su emalı müəssisəsində mikrobioloji çirklənmə aşkarlanıb
Ağdamda baş vermiş yanğınlarla bağlı şübhəli bilinən şəxs saxlanılıb
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gelencik yaxınlığında PUA qalıqlarının düşməsi nəticəsində 6 nəfər ölüb, 40 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Tramp: Hazırkı danışıqlar İran üçün son şansdır
-
Ucarda qəsdən yanğın törədən şəxs saxlanıldı
-
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU
-
"Uzak Şehir"də daha bir tanınmış aktyor
-
Xırdalanda ər və arvad arasında insident olub, kişi ölüb













