Xəstəxanalarda tibbi tullantılarla bağlı NARAHATLIQ
Far.Az xəbər saytı

Xəstəxanalarda tibbi tullantılarla bağlı NARAHATLIQ


Son günlər dövlət xəstəxanalarında tibbi tullantıların idarə olunması ilə bağlı sosial şəbəkələrdə və vətəndaş müraciətlərində müxtəlif iddialar səsləndirilir.

Bildirilir ki, bəzi tibb müəssisələrində tullantıların utilizasiyası ilə bağlı müqavilələrin müddəti başa çatıb.

Baku TV məsələni araşdırmaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasında olub. Xəstəxanadan bildirilib ki, məsələ ilə bağlı yalnız rəsmi sorğu əsasında məlumat verilə bilər.

Daha sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasında aparılan müşahidələr zamanı tibbi tullantıların müvəqqəti saxlanıldığı anbarın qapısının açıq olduğu və ərazidə kəskin qoxunun hiss edildiyi müşahidə olunub.

Həkim Adil Qeybullanın sözlərinə görə, tibbi tullantılar xüsusi qaydalara uyğun saxlanılmalıdır:

"Təhlükəli tibbi tullantılar - iynələr, kəsici materiallar və bioloji tullantılar insanlar və heyvanlar üçün əlçatan olan açıq ərazidə saxlanıla bilməz. Onların qapalı və nəzarət olunan məkanda mühafizəsi vacibdir".

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanası və Respublika Neyrocərrahiyyə Xəstəxanasında tibbi tullantıların idarə olunması qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun təşkil edilir.

Tibbi tullantılar yarandığı yerdəcə növlərinə uyğun çeşidlənir, xüsusi təyinatlı qablaşdırılmalarda toplanır və müvəqqəti saxlanılması üçün ayrılmış konteynerlərdə təhlükəsiz şəraitdə mühafizə olunur.

"Çəkiliş zamanı tibbi tullantıların müvəqqəti saxlanıldığı konteynerin qapısının açıq olması onların qəbul edilməsi və daşınmaya hazırlanması prosesi ilə əlaqədar yaranmış qısamüddətli texniki hal olub və daimi xarakter daşımır. Konteyner xəstəxananın nəzarət olunan ərazisində yerləşir. Əraziyə giriş-çıxış nəzarət altındadır. Tibbi tullantılar xüsusi təyinatlı qablaşdırılmalarda saxlanılır və sanitar-gigiyenik tələblərə əməl olunur", - deyə qurumdan qeyd olunub.

Oxşar xəbərlər

Bakıda avtomobil şinləri satılan anbarın fəaliyyəti dayandırıldı
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər