Yanacaqdoldurma məntəqələri ətrafa təhlükə saçır?
Abşeron rayonunun Məmmədli kəndi ərazisində yanacaqdoldurma məntəqəsinin (YDM) yaxınlığında yerləşən mağazada yanğın baş verib.
Təxminən 260 kvadratmetr sahəsi olan mağazada başlayan yanğın qısa müddətdə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən nəzarətə götürülüb. Yanğın geniş əraziyə yayılmayıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Hadisə YDM-lərin ətrafında təhlükəsizlik qaydalarına nə dərəcədə əməl olunması məsələsini yenidən gündəmə gətirib. Qanunvericiliyə əsasən, YDM-lə yaşayış və digər obyektlər arasında müəyyən təhlükəsizlik məsafəsi nəzərdə tutulur.
Aparılan ölçmələr nəticəsində məlum olub ki, Məmmədli kəndində hadisənin baş verdiyi obyektlə YDM arasındakı məsafə təxminən 15-20 metrdir.
Mövzu ilə bağlı mütəxəssislər bildirirlər ki, yanacaqdoldurma məntəqələrində təhlükəsizlik məsələsi xüsusi əhəmiyyət daşıyır.
"Yanacaqdoldurma məntəqələri ən həssas obyektlərdən biridir. Orada yerləşən yanacaq çənləri yaşayış məntəqələrindən və hər hansı odla təmasın mümkün olduğu ərazilərdən minimum 50 metr məsafədə olmalıdır. Düzdür, partlayış zamanı 50 metr məsafə də kifayət etməyə bilər. Lakin çənlərin yeraltı bunkerlərdə, beton konstruksiyalarda saxlanılması mümkün yanğının təhlükəsini və miqyasını azalda bilər", - deyə nəqliyyat eksperti Aslan Əsədov qeyd edib.
Oxşar xəbərlər
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı
Lökbatanda anbardakı yanğın nəzarətə götürülüb -YENİLƏNİB-6
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Binəqədidə yerləşən anbarda baş vermiş yanğın nəzarətə götürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirib
-
Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib
-
Konfrans Liqası: "Dinamo" və "Qarabağ" komandalarının start heyətləri bəlli olub
-
Qəza riski yaradan yol: Dərin çuxurlar, hər gün ziyan görən maşınlar...
-
Tramp: ABŞ-nin əhəmiyyətli miqdarda sursat ehtiyatı var
-
"Reuters": İran və Omanın Hörmüzlə bağlı planı icra olunmaya bilər













