Rusiya "Ukrnafta"nın obyektlərinə kütləvi zərbələr endirib
Far.Az xəbər saytı

Rusiya "Ukrnafta"nın obyektlərinə kütləvi zərbələr endirib


Rusiya qoşunları "Naftoqaz" qrupuna daxil olan "Ukrnafta" SC-nin obyektlərini kütləvi hücuma məruz qoyaraq, Ukraynanın şərqində eyni vaxtda 7 neft və qaz hasilatı obyektinə zərbələr endirib.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə "Naftoqaz" qrupu məlumat yayıb.

Şirkətin məlumatına görə, hücum nəticəsində kritik əhəmiyyətli avadanlıq məhv edilib, bu da bir sıra istehsalat obyektlərinin dayanmasına və hasilat həcmlərinin əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olub.

"Naftoqaz"ın İdarə Heyəti sədrinin əvəzedicisi Sergey Fedorenko qeyd edib ki, bu, son vaxtlar "Ukrnafta" obyektlərinə edilən ən böyük hücumlardan olub.

"Xoşbəxtlikdən, xəsarət alan yoxdur", - o vurğulayıb.

Bundan əlavə, ötən sutka ərzində Rusiya qoşunları Zaporojye və Dnepropetrovsk vilayətlərində "Ukrnafta"nın dörd yanacaqdoldurma kompleksinə hücum edib. Şirkətin məlumatına görə, əməkdaşlar və ziyarətçilər yaralanmayıblar.

"Naftoqaz" xatırladıb ki, bu ilin əvvəlindən bəri Rusiya zərbələri nəticəsində artıq "Ukrnafta"nın 32 yanacaqdoldurma kompleksi və "Ukrqazvıdobuvannya" SC-nin beş istehsalat obyekti dağıdılıb.

Oxşar xəbərlər

İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər