Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb
Far.Az xəbər saytı

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb


Yaponiyanın Kyuşu adasında baş verən 7,1 maqnitudalı güclü zəlzələ nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.

"Far.Az" xəbər verir ki, bu barədə iyulun 28-də baş vermiş yeraltı təkanlardan ən çox zərər çəkən Kumamoto prefekturasının administrasiyası məlumat yayıb.

Hakimiyyət orqanlarının məlumatına görə, xəstəxanalarda ağır xəsarətlər alan 23 nəfər müalicə olunur.

Kumamotoda müvəqqəti yerləşdirmə məntəqələrində evlərinə qayıda bilməyən təxminən 6,6 min təxliyə edilmiş şəxs qalır. Belə ki, 18 mindən çox binaya ziyan dəyib. Dağıntıların təmizlənməsini güclü istilər çətinləşdirir - fəlakət bölgəsində havanın temperaturu gün ərzində 40 dərəcəyə çatır.

Prefekturada elektrik enerjisinin verilişi bərpa olunub ki, bu da yerləşdirmə məntəqələrində və yaşayış evlərində kondisionerlərin işləməsinə imkan verir. Bununla yanaşı, 36 mindən çox ev təsərrüfatı hələ də su təchizatından məhrumdur. Su xilasetmə işlərinə cəlb olunan hərbçilər tərəfindən avtosisternlərlə onlara çatdırılır.

Oxşar xəbərlər

Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 34-ə çatıb - YENİLƏNİB-3
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər