Tacikistanda Əfqanıstanla sərhəddə yeni elektrik yarımstansiyası tikilib
Tacikistanın Əfqanıstanla sərhəddə yerləşən cənubundakı Mir Seyid Əli Həmədani rayonunda 110/35/10 kV gücündə yeni elektrik yarımstansiyası inşa edilib.
"Report" xəbər verir ki, bu barədə Tacikistanın Energetika və Su Resursları Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeni yarımstansiyanın Tacikistanın vahid enerji sisteminə qoşulması üçün Vose rayonundakı 110/35/6 kV-luq "Kulobdaryo" yarımstansiyasından 14,5 kilometr uzunluğunda 110 kV-luq elektrik verilişi xətti də çəkilib.
Hazırda tikinti işləri, həmçinin əsas və köməkçi avadanlıqların quraşdırılması tam başa çatdırılıb. Elektrik avadanlıqlarının sınaq və yoxlama işləri də uğurla həyata keçirilib. Planlara əsasən, yeni yarımstansiya Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü ərəfəsində istismara veriləcək.
Obyektin istifadəyə verilməsi rayonun mövcud yarımstansiyalarına düşən yükü azaltmağa, əhalinin, sosial müəssisələrin, mühüm dövlət obyektlərinin və təsərrüfat subyektlərinin elektrik enerjisi ilə təchizatının etibarlılığını və keyfiyyətini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
Bundan əlavə, yeni yarımstansiyanın istismara verilməsi regionun elektrik şəbəkələrinin gücünü artıracaq, enerji sisteminin dayanıqlığını və etibarlılığını yüksəldəcək və Mir Seyid Əli Həmədani rayonunun gələcək sosial-iqtisadi inkişafı üçün şərait yaradacaq.
Oxşar xəbərlər
"Xankəndi-1" elektrik yarımstansiyası istismara verilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
"Kalyari" Daniel Maldinini icarəyə götürüb
-
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
-
Beyləqanda kanalda batan 21 yaşlı gəncin meyiti tapıldı
-
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb













