300 min məzunun attestatı elektron formada hazırlanıb
2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə olaraq elektron formatda təqdim olunur.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) BAKU.WS-ə verilən məlumata görə, 2026-cı il məzunları attestatlarını myGov platformasından əldə edə bilərlər.
Bildirilib ki, yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənmiş attestatlar artıq "myGov" platformasında əlçatandır.
"Məzunlar sənədlərini myGov (web) → "Təhsil məlumatlarım" → "Elektron təhsil sənədlərim" bölməsindən əldə edə bilərlər. Valideynlər isə övladlarına aid təhsil sənədlərinə "Övladlarımın təhsil sənədləri və məlumatları" bölməsi vasitəsilə baxa bilərlər. Elektron attestatın üzərindəki QR kod oxutmaqla və ya edu.gov.az saytının "Sənəd yoxlama" bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür",- MÜTDA-dan bildirilib.
Qeyd edilib ki, elektron attestatların yaxın günlərdə myGov mobil tətbiqində də əlçatan olması təmin ediləcək:
"Elektron attestatların tətbiqi məzunlara təhsil sənədlərini daha rahat, operativ və əlçatan şəkildə əldə etmək imkanı yaradır".
Oxşar xəbərlər
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Bağçalara qəbul prosesi davam edir: Bu il hansı dəyişikliklər tətbiq olunur?
Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 3 küçədə yollar bağlanacaq - Təmir işlərinə görə
-
KMBİ qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsini ifşa etdi
-
Sakinlər imdad dilədilər: "Ən pis yer-yurd buradır, səsimizi çatdırın"
-
Kolumbiyada 7,4 bal gücündə zəlzələ: 55 ölü var - DƏHŞƏTLİ KADRLAR
-
Tramp: ABŞ Hörmüz boğazını minalardan tamamilə təmizləyib
-
ABŞ, Ermənistan və Azərbaycan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıb













