Kolumbiyada zəlzələ nəticəsində 75 ispan itkin düşüb
Far.Az xəbər saytı

Kolumbiyada zəlzələ nəticəsində 75 ispan itkin düşüb


Kolumbiyada baş vermiş 7,4 maqnitudalı zəlzələ nəticəsində 75 ispan itkin düşüb.

"Report" İspaniya mediasına istinadən xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda nazir Xose Manuel Albaresin sözlərinə istinadla bildirilib.

"Hazırda nazirliyə İspaniya vətəndaşları arasında zəlzələ nəticəsində xəsarət alanlar və ya həlak olanlar barədə heç nə məlum deyil, hələlik əlaqə qurulması mümkün olmayan ispan icması sakinlərinin sayı isə 75 nəfərdir", - məlumatda qeyd olunub.

Onun sözlərinə görə, İspaniyanın Beynəlxalq İnkişaf Agentliyi (AECID) Kolumbiyaya kömək göstərilməsi üçün 1 milyon avro məbləğində ilkin yardım paketi təqdim edir.

Qeyd edək ki, Kolumbiyadakı zəlzələ səbəbindən azı 254 nəfər ölüb.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Kolumbiyada zəlzələ qurbanlarının sayı 234 nəfərə çatıb - YENİLƏNİB-12
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 220 nəfəri ötüb - YENİLƏNİB-11
"Qadın Dəstək Xətti"nin ispan dilli təlimatının təqdimatı keçirildi
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 164 nəfərə çatıb - YENİLƏNİB-9

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər