Sülhiyyə Şirinova: İctimaiyyətlə əlaqələrdə çalışmaq üçün jurnalistika təcrübəsi vacibdir
Mətbuat katibinin jurnalistlər arasında tanınması və etibarı şirkətin imicinə də müsbət təsir edir.
"Report" xəbər verir ki, bunu "Unibank" Kommersiya Bankının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, PR üzrə mütəxəssis, jurnalist Sülhiyyə Şirinova Report Media Məktəbinin tələbələri ilə keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, mediada qazanılan bacarıqlar PR sahəsində uğur qazanmağa dəstək olur.
"İctimaiyyətlə əlaqələrdə çalışmaq üçün jurnalistika təcrübəsi vacibdir", – S.Şirinova vurğulayıb.
Şöbə müdirinin sözlərinə görə, PR mütəxəssisi ilk növbədə, təmsil etdiyi şirkətlə ictimaiyyət arasında düzgün ünsiyyət qurmalıdır.
"Kommunikasiya fəaliyyətində əsas məsələlərdən biri də etibarlı obraz formalaşdırmaqdır. Təqdim edilən məlumat insanlarda inam yaratmalı, şirkətin etibarlı imicinin formalaşmasına xidmət etməlidir", – PR mütəxəssis deyib.
Sülhiyyə Şirinova 1977-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) bakalavr və magistr səviyyələrində bitirib.
Jurnalistika fəaliyyətinə 1997-ci ildən başlayıb. "Ulus", "Yeni Müsavat" qəzetlərində əsasən iqtisadi mövzuları işıqlandırıb. 2002-2012-ci illərdə "Space" kanalında iqtisadiyyat müxbiri, xüsusi müxbir, "Xəbərlər" departamentinin böyük redaktoru vəzifələrində çalışıb. 2012-ci ildən "Unibank" Kommersiya Bankının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır.
Bədii yaradıcılıqda özünü "Dəli Sənəm", "Uçuş" kimi hekayələri vasitəsilə ifadə edib. PR üzrə mütəxəssisdir. Kommunikasiya və effektiv ünsiyyət mövzularında təlimlər də keçir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Report" Media Məktəbinin 20-ci qrupu təlim proqramına qoşulub
Media nümayəndələri üçün növbəti "Sosial Jurnalistika" təlimi təşkil edilib
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə sel fəsadlara səbəb olub
-
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib
-
UEFA Superkubokunun qalibi müəyyənləşib













