ABŞ Hörmüz boğazı vasitəsilə neft tədarükünün həcmini açıqlayıb
Hörmüz boğazı vasitəsilə gündəlik təxminən 8-9 milyon barel neft nəql edilir.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt "Fox News" telekanalının efirində bildirib.
Onun sözlərinə görə, boğazdan gəmilərin hərəkətinin əhəmiyyətli dərəcədə azalması barədə məlumat həqiqətəuyğun deyil. Daha əvvəl "The Wall Street Journal" peyk məlumatlarına istinadən xəbər vermişdi ki, iyul ayında oradan sutkada orta hesabla 26 gəmi keçib - bu, münaqişədən əvvəlkindən təxminən beş dəfə azdır.
Bununla belə, qəzetin məlumatına görə, avqustun 11-də boğazı cəmi 14 gəmi keçib.
Rayt bildirib ki, peyk şirkətləri münaqişə zonasındakı vəziyyəti tam şəkildə qiymətləndirə bilmir.
"Hazırda bura münaqişə zonasıdır və nələrin baş verdiyini məhz bizim gördüyümüz kimi görmək çətindir", - nazir qeyd edib.
ABŞ Energetika Nazirliyinin rəhbərinin sözlərinə görə, gəmilərin hərəkətinin azalması barədə xəbərlərə baxmayaraq, Hörmüz boğazından əhəmiyyətli həcmdə neft keçməkdə davam edir - sutkada 9 milyon barelə qədər.
Oxşar xəbərlər
Son sutkada bir İtaliya, 17 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
-
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
-
Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər
-
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
-
Almaniyada 5 mindən çox insan bombaya görə təxliyə ediləcək
-
KXDR suya buraxılarkən çevrilən "Kan Qon" esminesini istismara verib













