Yaponiyada şiddətli yağışlar nəticəsində azı beş nəfər ölüb
Far.Az xəbər saytı

Yaponiyada şiddətli yağışlar nəticəsində azı beş nəfər ölüb


Yaponiyanın mərkəzi hissəsində güclü leysan yağışları nəticəsində azı beş nəfər həlak olub, bir nəfər isə itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə təbii fəlakətin əsas zərbəsinə məruz qalan Tiba prefekturasının hakimiyyət orqanları məlumat verib.

Yaponiyanın İnzibati İşlər və Kommunikasiya Nazirliyinin məlumatına görə, cümə günü səhər saatlarına kimi Tiba və qonşu İbaraki prefekturasının ən azı 120 min sakini üçün təxliyə göstərişləri qüvvədə qalıb.

Şiddətli yağışlar səbəbindən dəmir yolu nəqliyyatında, o cümlədən Narita hava limanını Tokio ilə birləşdirən xəttlərdə fasilələr yaranıb. Yaponiya paytaxtına gedə bilməyən 7 minə yaxın insan hava limanında qalıb.

Ölkənin mərkəzi hissəsinin ayrı-ayrı rayonlarında bir sutka ərzində 360 mm-dən çox yağıntı düşüb. Güclü yağışlar elektrik verilişi xətlərinin zədələnməsinə də səbəb olub.

Tiba prefekturasında azı 25 min ev təsərrüfatı elektriksiz qalıb. Hakimiyyət orqanları təbii fəlakətin nəticələrini aradan qaldırmaqda davam edir və sakinləri təxliyə göstərişlərinə əməl etməyə çağırır.

Oxşar xəbərlər

Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər