Oman sahillərindəki neft ləkəsi ölkənin materik hissəsinə yayılıb
Oman sahilindəki neft ləkəsi, tankerin Ərəbistan dənizində saya oturduğu yerdən təxminən 200 kilometr aralıda ölkənin materik hissəsinə çatıb.
"Far.Az" CNN-ə istinadən xəbər verir ki, bu barədə "Greenpeace" ekoloji təşkilatı məlumat yayıb.
Qeyd olunub ki, çirklənmə sahəsi hazırda təxminən 500 kvadrat mil (1,3 min kv. km) təşkil edir. Təşkilatın nümayəndəsi Hanen Keskes bildirib ki, peyk görüntüləri bölünmüş neft ləkələrini aşkar edib, bu isə vahid və bütöv bir ləkənin formalaşmasına deyil, sızıntının bir neçə yerdə baş verdiyinə işarə edir.
Daha əvvəl bildirilib ki, Oman sahilindəki neft ləkəsi Rusiya neftini daşıyan və sanksiya altında olan "Caroline Bezengi" tankerinin zədələnməsindən sonra yaranıb. Gəmi iyunun sonlarında saya oturub, bununla belə onun zədələnmə səbəbi naməlum olaraq qalır.
Oxşar xəbərlər
Azərbaycandan Türkmənistana hədiyyə olunan tankerin GÖRÜNTÜLƏRİ
Oman sahillərinə dağılan Rusiya nefti 390 kv. km-ə yaxın ərazini əhatə edir - YENİLƏNİB
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə sel fəsadlara səbəb olub
-
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
UEFA Superkubokunun qalibi müəyyənləşib
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib













