Bərdədə zəncirvari qəza zamanı xəsarət alanların kimliyi müəyyən edilib - YENİLƏNİB
Bərdədə zəncirvari qəza zamanı xəsarət alanların kimliyi müəyyən edilib.
"Far.Az"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qəza zamanı VAZ-2107 markalı avtomobildə olan İsayev Xəyal Qurban oğlu, Məmmədov Oktay Əli oğlu, Abdullayev Ömər Telman oğlu və Bəşirov Orxan Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Bərdə rayonunda üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada dörd nəfər xəsarət alıb.
"Far.Az"un Qarabağ bürosunun məlumatına görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu Mehdili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "Toyota Camry", "VAZ 2107" və "VAZ 21099" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "Toyota Camry" və "VAZ 2107" aşaraq yolun sağ və sol kənarlarına düşüblər.
Hadisə nəticəsində xəsarət alan dörd nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb
"Qarabağ" futbolçuları İtaliyaya yola düşüblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"













