Üfunət və çoxalan həşəratlar: Mərdəkan sakinlərinin həllini tapmayan problemi
Xəzər rayonunun Mərdəkan qəsəbəsində sakinlər məişət tullantılarının qanunsuz şəkildə boş əraziyə atılmasından narazıdırlar.
Baku TV-yə danışan sakinlər bildirirlər ki, Maarif Musayev küçəsində yerləşən sahə illərdir zibilliyə çevrilib.
Ərazi hasarlansa da, hasarın bir hissəsinin dağıdılması tullantıların buraya daşınmasını asanlaşdırır.
Xüsusilə isti havalarda yaranan üfunət qoxusu və həşəratların çoxalması sakinlərin narahatlığına səbəb olur.
Məlumata görə, ərazidə tullantıların yandırılması ilə bağlı daha əvvəl yanğın hadisəsi də baş verib. Bildirilir ki, tullantıların yandırılması zamanı ərazidə güclü tüstülənmə yaranıb və yaxınlıqdakı sakinlər müdaxilə edərək yanğını söndürüblər.
Sakinlər problemin aradan qaldırılması üçün ərazinin təmizlənməsini və hasarın dağıdılmış hissəsinin bərpa olunmasını istəyirlər. Onların sözlərinə görə, aidiyyəti qurumlara bununla bağlı müraciətlər edilsə də, problem hələ də həllini tapmayıb.
Oxşar xəbərlər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə sel fəsadlara səbəb olub
-
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
UEFA Superkubokunun qalibi müəyyənləşib
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib













