Səfir: Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizədə mühüm irəliləyiş əldə edib
Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizədə mühüm irəliləyiş əldə edib.
Bu fikirləri Seneqalın Türkiyə, Azərbaycan, Türkmənistan və Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Sohna Diop "Report"un yerli bürosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, bu konteksdə Prezident İlham Əliyevin çıxışlarını izləyir və səsləndirilən fikirləri önəmli hesab edir:
"Müstəmləkəçiliyə qarşı qlobal mübarizə 1955-ci ildə İndoneziyada keçirilmiş Bandunq Konfransından sonra daha da geniş vüsət aldı. Antimüstəmləkəçilik həmrəyliyinin gücləndirilməsi məqsədilə Seneqalda və Afrikanın müxtəlif ölkələrində çoxsaylı konfranslar təşkil edildi.
Hesab edirəm ki, Azərbaycan da müstəmləkəçiliyə qarşı mübarizədə mühüm irəliləyiş əldə edib. Təxminən bir ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin bu mövzu ilə bağlı son çıxışını izlədim. O, Fransanın dənizaşırı ərazilərindəki müstəmləkəçilik vəziyyətindən geniş bəhs etdi. Məncə, bu, mühüm bir çıxış idi".
Səfir Seneqalın suverenliyini əldə etmək üçün ciddi mübarizə apardıqlarına diqqər çəkib:
"Və biz Azərbaycan kimi buna nail olduq. Müstəqillik əldə etdikdən sonra digər xalqların da müstəmləkəçiliyin zəncirlərindən qurtulmasına dəstək verdik. Bu baxımdan, Azərbaycanın özünün zəngin təcrübəsinə əsaslanaraq neokolonializmdən əziyyət çəkən digər ölkələrə yardım göstərməsi ilə oxşarlıq var.
Bütün dünya anlamalıdır ki, biz artıq qloballaşma dövründə yaşayırıq və müasir dünyada müstəmləkəçiliyə yer olmamalıdır. Bu, prinsipial məsələdir".
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Seneqal səfiri: Azərbaycanın təcrübəsindən faydalanmaq, münasibətləri yeni səviyyəyə yüksəltmək istəyirik - MÜSAHİBƏ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir













