Kolumbiya Prezidenti Trampdan yüksək gömrük rüsumlarını dayandırmağı xahiş edib
Far.Az xəbər saytı

Kolumbiya Prezidenti Trampdan yüksək gömrük rüsumlarını dayandırmağı xahiş edib


Kolumbiya Prezidenti Abelardo de la Espriella ABŞ Prezidenti Donald Trampdan Kolumbiya mallarına tətbiq edilən yüksək gömrük rüsumlarının dayandırılmasını xahiş edib.

"Far.Az"un məlumatına görə, Kolumbiya lideri bu barədə Trampla telefon danışığının yekunlarına dair "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, rüsumların müvəqqəti dayandırılması zəlzələnin fəsadları səbəbindən ciddi çətinliklərlə üzləşən sahibkarlara dəstək göstərilməsi üçün zəruridir.

Kolumbiya Prezidenti ABŞ-ın göstərdiyi maliyyə dəstəyinə və humanitar yardıma görə Trampa təşəkkür edib. ABŞ Prezidenti isə həlak olanların ailələrinə başsağlığı verib və Kolumbiya xalqı ilə həmrəy olduğunu bildirib.

"Bu gün, heç vaxt olmadığı qədər, Kolumbiya ilə ABŞ arasında ittifaq sevdiyimiz ölkənin bərpası üçün zəruri şərtdir", - de la Espriella bildirib.

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər