Tramp: Demokratlar Ağ Evdəki bal zalını sökə bilməyəcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Demokratlar Partiyası istəsə belə, Ağ Evdə tikilən bal zalını sökə bilməyəcək.
"Far.Az"un "New York Magazine"ə istinadən verdiyi məlumata görə, Tramp tikinti zamanı "ən möhkəm poladdan" və atom elektrik stansiyalarında istifadə olunan betondan yararlanıldığını qeyd edib.
"Bu, nüvə betonudur. Düşünürəm ki, onu dağıtmaq çox çətin olardı. O, nüvə hücumuna davam gətirmək üçün nəzərdə tutulub. Əmin deyiləm ki, onu sökmək mümkün olacaq", – deyə Tramp bildirib.
Ağ Evin adının açıqlanmadığı rəsmisinin sözlərinə görə, prezident bal zalının tikintisini öz irsinin bir hissəsi kimi nəzərdən keçirir və layihəni prezidentlik müddətinin sonuna qədər başa çatdırmağa çalışır. Mənbə qeyd edib ki, tikinti başa çatdıqdan sonra demokratların Trampın gördüyü işdən imtina etməsi çətin olacaq.
Bununla belə, Tramp özü də etiraf edib ki, vəzifədən getdikdən sonra ABŞ-da, ehtimal ki, onun şərəfinə heç kim abidə ucaltmayacaq. "Mən gedəndən sonra heç kim bunu etməyəcək", – deyə prezident bildirib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Naxçıvanda "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
-
İran XİN ABŞ-nin tankerlərə hücumunu qınayıb
-
"Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti mərhələyə yüksəlib
-
Premyer Liqa: Bu gün "Sabah" "Zirə" ilə qarşılaşır
-
Rövşən Tağıyev: Skuter sürücülərinin piyadaların hərəkətinə maneə yaratması yolverilməzdir
-
İranda neft tanker partlayıb, on nəfər ölüb













