NBC: İranın zərbələri ABŞ-ın kəşfiyyat obyektlərinə milyardlarla dollar ziyan vurub
ABŞ-ın Yaxın Şərqdəki kəşfiyyat infrastrukturuna İranın raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində milyardlarla dollar həcmində zərər dəyib.
"Far.Az" xəbər verir ki, bu barədə NBC News telekanalına mənbələr məlumat verib.
Onların sözlərinə görə, İranın hücumları regiondakı ABŞ kəşfiyyat obyektlərinə misli görünməmiş zərər vurub. Zərərin miqyası ABŞ xüsusi xidmətlərinin indiyədək qeydə aldığı bütün itkiləri üstələyir.
Mənbələr bildiriblər ki, Vaşinqtonun bu infrastrukturu bərpa etməsi üçün milyardlarla dollar vəsait tələb olunacaq. Bu məlumatı digər mənbələr də ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinə genişmiqyaslı ziyan dəydiyini bildirərək qismən təsdiqləyir.
"NBC News" qeyd edir ki, İranın zərbələri həmçinin ABŞ Dövlət Departamentinin, Pentaqonun və Amerika kəşfiyyat icmasının regiondakı ölkə obyektlərinin lazımi səviyyədə qorunmasını təmin etmək qabiliyyətini sual altına qoyur.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA
-
Bakıda gecə klubunda baş verən yanğın söndürülüb













