Anar Quliyev Laçın Şəhəri Günü münasibətilə videoçarx paylaşıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 26 avqust – Laçın Şəhəri Günü münasibətilə olunmuş videoçarx paylaşıb.
"Far.Az" xəbər verir ki, videoçarxda Laçının işğaldan azad olunmasından sonra müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması və əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində həyata keçirilən işlərdən bəhs olunur.
"Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı" Nazirlər Kabinetinin 13 iyun 2025-ci il tarixli qərarı ilə təsdiq edilib. Baş Plan Laçının tarixi-mədəni irsinin qorunması, şəhərin müasir və dayanıqlı inkişafının təmin edilməsi, əlverişli yaşayış mühitinin formalaşdırılması və əhalinin artan ehtiyaclarına uyğun şəhər infrastrukturunun yaradılmasını nəzərdə tutur.
Baş Plana əsasən, Laçın şəhərinin planlaşdırılan ərazisi 738 hektar təşkil edir. Perspektivdə şəhər əhalisinin 18 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə əhalinin rahat, keyfiyyətli həyat şəraitinin təmin olunması məqsədilə 15 təhsil müəssisəsinin və 1 xəstəxananın yaradılması planlaşdırılır.
Müasir şəhər mobilliyi prinsiplərinə uyğun olaraq, Laçında ümumi uzunluğu 66 kilometr olan küçə-yol şəbəkəsinin, həmçinin 38 kilometr uzunluğunda piyada və velosiped yollarının formalaşdırılması nəzərdə tutulur. Bu yanaşma şəhərdə rahat, təhlükəsiz və ekoloji baxımdan dayanıqlı hərəkət imkanlarının yaradılmasına xidmət edir.
"Böyük Qayıdış" proqramı çərçivəsində bu günədək Laçın şəhərinə 614 ailə (2264 nəfər) köçürülüb. Bununla yanaşı, bərpa olunan Zabux kəndində 217 ailə (823 nəfər), Susda 59 ailə (215 nəfər), Bəylikdə isə 89 ailə (363 nəfər) məskunlaşdırılıb. Beləliklə, ümumilikdə Laçın rayonuna 979 ailə (3665 nəfər) qayıdıb.
Laçın doğma sakinlərini yenidən qoynuna alır. Vaxtilə məcburi köçkünlük həyatı yaşayan insanların yurd yerlərinə qayıdışı ilə şəhər və kəndlərdə həyat yenidən canlanır, yeni yaşayış məkanları, sosial infrastruktur və müasir şəhər mühiti formalaşır. Aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Laçının tarixi simasının, zəngin milli-mədəni irsinin və özünəməxsus şəhərsalma ənənələrinin qorunaraq müasir yanaşmalar əsasında inkişaf etdirilməsinə, bu dəyərlərin gələcək nəsillərə layiqincə ötürülməsinə mühüm töhfə verir.
Bu gün Laçında hər yeni tikili, salınan küçə, abadlaşdırılan məkan və məskunlaşan ailə "Böyük Qayıdış"ın real mənzərəsini yaradır. Doğma torpaqlarda yenidən qurulan həyat Laçının keçmişlə gələcək arasında möhkəm bağ yaradan, müasir şəhərsalma həlləri ilə tarixi irsini bir araya gətirən və dirçəliş yolunda inamla addımlayan şəhərə çevrildiyini nümayiş etdirir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib
-
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
-
Azərbaycan genişzolaqlı internetin sürətinə görə iyulda 3 pillə irəliləyib
-
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub













