Yeni təmayül tədris modeli üzrə 8 minə yaxın şagird müraciət edib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində yeni təmayül təhsil modeli üzrə avqustun 27-dək 7845 şagird elektron sistem üzərindən qeydiyyatdan keçib.
BŞTİ-dən BAKU.WS-ə verilən məlumata görə, yeni təmayül tədris modelinə X-XI sinif şagirdlərinin qeydiyyatı sentyabrın 1-dək davam edəcək.
Qeyd edilib ki, 2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək. Belə ki, paytaxt üzrə 313, 136, 71, 88, 182, 290, 106, 116, 337, 96, 239, 26, 320, 114, 263, 194, 253, 21, 283, 196, 45, 19, 227, 135, 302, 104, 51, 144, 262 nömrəli tam orta məktəblər, həmçinin 70 və 299 nömrəli məktəb-liseydə yeni təmayül tədris modelinin tətbiqinə başlanılacaq.
Bildirilib ki, modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir. Yeni təmayül tədris modeli şagirdlərin akademik inkişafını və gələcək təhsil hədəflərinə uyğun hazırlığını gücləndirməklə yanaşı, peşəkar müəllim potensialının tədris prosesində daha səmərəli dəyərləndirilməsinə və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
FHN Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təlim keçirib
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Azərbaycanda parklanma yerlərinin minimum kvotası təsdiqləndi
Bakı üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
-
Bu il ADEX silah sərgisində ilk dəfə Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu istifadəyə veriləcək
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
-
Qazaxıstan AK ilə Transxəzər enerji dəhlizinin PMI siyahısına daxil edilməsini müzakirə edir













