Nepalda daşqınlar səbəbindən ölənlərin sayı 360-a yaxınlaşıb - YENİLƏNİB-5
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 359 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri məlumat yayıb.
Qeyd olunub ki, 30-dan çox ölkədən - ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, İtaliya, Qazaxıstan, Rusiya, Belarus, Ukrayna və s. olan turistlər itkin düşüb.
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 332 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri məlumat yayıb.
Nepalda Bxote Koşi və Trişuli çaylarında baş verən daşqınlardan sonra azı 270 nəfər ölüb, 800-dən çox insan itkin düşmüş hesab olunur.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, itkin düşmüş 100-ə yaxın Hindistan vətəndaşı artıq tapılıb.
Nepalda dağıdıcı daşqınlar nəticəsində həlak olanların sayı 180 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə yerli media Təbii Fəlakətlərlə Mübarizə Agentliyinin məlumatına istinadən xəbər verib.
Bildirilib ki, xilasetmə komandaları əlaqənin kəsildiyi bölgələrə daxil olmağa çalışırlar. Yollar və körpülər yuyulub, kəndləri su basıb, bir sıra su elektrik stansiyaları isə zədələnib.
Nepalda fəlakət zonasından 116 nəfər helikopterlərlə təxliyə edilib.
"Report" xəbər verir ki, bu barədə "Hindustan Times" Təbii Fəlakətlərlə Mübarizə Agentliyinə istinadən məlumat verib.
Bildirilib ki, ölənlərin sayı 162 nəfərə çatıb.
558 nəfər, o cümlədən 260 xarici vətəndaş itkin düşüb.
Çin ilə Nepal arasındakı sərhəd məntəqəsində torpaq sürüşməsi nəticəsində azı 558 nəfər itkin düşmüş hesab olunur.
"Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Dərc edilmiş məlumatlara görə, itkin düşən 558 nəfərdən 260-ı xarici ölkə vətəndaşıdır.
Həmçinin Nepal hakimiyyəti ölkənin şimalında zərər dəyən rayonlarda axtarış-xilasetmə işlərinin intensivliyini artırıb.
Nizami ordu zərər dəymiş rayonlara artıq zəruri ərzaq məhsulları, çadırlar və yardım əşyaları, o cümlədən dərmanlar çatdırıb. Baş nazirin dəftərxanasından dəqiqləşdirilib ki, fəlakət zonasına ordunun və özəl şirkətlərin helikopterləri, eləcə də yerüstü axtarış qrupları cəlb edilib.
Daha əvvəl bildirilmişdi ki, Nepalda torpaq sürüşməsi nəticəsində 157 nəfər həlak olub, üç nəfər isə Çində təbii fəlakətin qurbanı olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.01.2026)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.01.2026)
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
-
"Nvidia" rüb ərzində mənfəətinin ikiqat artdığını açıqlayıb
-
Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
-
Dostluqda etibarsız hesab edilən bürclər
-
Əlcəzairdə meşə yanğınlarında ən azı 12 nəfər ölüb













