Azərbaycanda indiyə qədər 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb
Far.Az xəbər saytı

Azərbaycanda indiyə qədər 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb


İpoteka və Kredit Zəmanət Fondunun şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tətbiq etdiyi satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə indiyə qədər 10 015 ailənin mənzil şəraiti yaxşılaşıb ki, bunun da 945-i cari ildə bağlanmış müqavilələrin payına düşür.

BAKU.WS report-a istinadən xəbər verir ki, mənzil şəraitini yaxşılaşdıran vətəndaşların 60 %-dən çoxu gənclər və gənc ailələrdir.

Mənzillər vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib. Onlardan 8-i Bakıda, 6-sı Abşeronda (Xırdalan şəhərində 3 ünvan, Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində 3 ünvan), 3-ü isə Sumqayıtda yerləşir.

Mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərinə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə edilməklə təmir olunub, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz edilib, eyni zamanda mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

Oxşar xəbərlər

Azərbaycanda mənzil təminatı: sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli – ARAŞDIRMA
Masazır əhalisinə ŞAD XƏBƏR - artıq YEKUNLAŞIR
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycanda ötən il 3 minə yaxın ailə dövlətdən kirayəyə mənzil götürüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər