Bloomberg: ABŞ Kanadaya qarşı əlavə ticarət məhdudiyyətləri tətbiq edə bilər
Far.Az xəbər saytı

Bloomberg: ABŞ Kanadaya qarşı əlavə ticarət məhdudiyyətləri tətbiq edə bilər


ABŞ Kanadadan idxal olunan mallara gömrük rüsumlarını artıra və əlavə ticarət məhdudiyyətləri tətbiq edə bilər.

"Report"un məlumatına görə, bu barədə Bloomberg Ağ Evdəki mənbəyə istinadən xəbər verib.

Mənbənin məlumatına əsasən, ABŞ administrasiyası Ottavanın sentyabrın 8-dən etibarən ABŞ idxalına cavab rüsumları tətbiq etmək qərarına cavab olaraq yeni ticarət tədbirləri görmək imkanını nəzərdən keçirir.

Bloomberg xəbərdarlıq edir ki, belə bir addım iki ölkə arasında ticarət münaqişəsinin əhəmiyyətli dərəcədə kəskinləşməsinə səbəb ola bilər.

Daha əvvəl ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir bildirib ki, Ottava Vaşinqtonun fikrincə, sərfəli olan ikitərəfli ticarət sazişindən imtina edib. Bununla əlaqədar olaraq, avqustun 22-dən Kanadadan idxal olunan bəzi kateqoriyalı mallara ABŞ-ın 50 faizlik rüsumları qüvvəyə minib.

Kanadanın Baş naziri Mark Karni ABŞ-la ticarət danışıqlarının dayandırıldığını təsdiqləyib və Ottavanın cavab rüsumları tətbiq etmək niyyətində olduğunu bildirib. Bu rüsumların sentyabrın 8-dən qüvvəyə minməsi gözlənilir.

Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp 2027-ci il yanvarın 1-dən etibarən Kanadadan idxal olunan avtomobillərə, avtomobil hissələrinə və polada 50 faizlik rüsum tətbiq etmək planlarını açıqlayıb.

Oxşar xəbərlər

Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər