Britaniyada xristian festivalında lövhənin düşməsi nəticəsində bir nəfər ölüb
Böyük Britaniyanın Qərbi Sasseks qraflığında keçirilən "Big Church Festival" xristian musiqi festivalında böyük lövhənin düşməsi nəticəsində ən azı bir nəfər ölüb, daha altı nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
Qəzetin məlumatına görə, yerli vaxtla saat 15:38 radələrində polis əməkdaşları lövhənin festival ziyarətçilərinin üzərinə düşməsi barədə məlumat aldıqdan sonra Vaşinqton-rouda gəliblər. Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları 41 yaşlı kişinin ölümünü təsdiqləyiblər. Azı altı nəfər isə xəsarət alıb.
Hadisədən sonra təşkilatçılar festivalın ləğv olunduğunu elan ediblər.
"The Independent" qeyd edib ki, "Big Church Festival" 2009-cu ildə təsis edilib və Böyük Britaniyanın ən böyük xristian festivalı kimi təqdim olunur.
Oxşar xəbərlər
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Bakıda "Force of Love" 2026 yay festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəyan edilməyən dərmanların gömrük sərhədindən keçirilməsinin qarşısı alındı
-
Yenilməz çempion Elbəy Alışov: "UFC-dən təklif gəlsə, qərarım hazırdır"
-
Xalq artistindən diqqətçəkən görüntülər: Kameralar qarşısında nə baş verdi?
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Bakcell-in "GO" tariflərinə qoşulun və üstünlüklərdən faydalanın













