Yenicag.az saytının 19 yaşı tamam olur
Bu gün Yenicag.az saytının 19 yaşı tamam olur.
Far.Az xəbər verir ki, 2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən "Yeni Çağ" qəzetinin rəsmi səhifəsi kimi fəaliyyətə başlayan, hazırda Media Qrupunun lokomotivi olan Yenicag.az saytı 2007-ci il sentyabrın 5-də fəaliyyətə başlayıb.
Sayt Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında olan yeniliklərlə yanaşı, dünyada baş verən maraqlı xəbərləri operativ və obyektiv qaydada oxuculara çatdırır.
2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirən Yenicag.az-ın türk (Yenicag.info) və rus (novayaepoxa.com) dillərində əlavə versiyaları da fəaliyyətə başlayıb. 2018-ci ildən etibarən Media Qrupunun Yenicag.tv video portalı da fəaliyyətə başlayıb.
2015-ci ilin sentyabr ayından Azərbaycan Mətbuat Şurasının üzvü olan Yenicag.az ölkədə və ölkə xaricində həyata keçirilən beynəlxalq media layihələrində yaxından iştirak edir. Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Rusiya, Moldova, Qırğızıstan, Pakistan, İraq, Şimali Kipr və digər ölkələrin qabaqcıl media qurumları ilə əməkdaşlıq edən "Yeni Çağ" Media Qrupu 44 günlük Vətən müharibəsi zamanı bu əlaqələrindən informasiya savaşında maksimum istifadə edib, Qarabağ həqiqətlərinin operativ şəkildə çatdırılmasında mühüm rol oynayıb.
Bu gün "Yeni Çağ" Media Qrupuna Yenicag.az (Azərbaycan), Yenicag.ru (rus), Yenicag.info (türk) və Yenicag.tv domenləri daxildir.
Far.Az kollektivi olaraq Yenicag.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları qazanmağı arzu edirik!
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Bu günün valyuta məzənnələri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Burhanettin Duran: Türkiyə TDT-nin beynəlxalq arenada rolunu gücləndirmək niyyətindədir
-
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub
-
Hər daşa yazılan tarixə yazılmır: daşları yazıb, tarixi silməyək - ŞƏRH
-
Sabir Zeynalov Muju Qran-prisinin qalibi olub
-
Ukraynada müharibənin bir günü 450 milyon dollara başa gəlir
-
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb













