Hava şəraiti ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ
Far.Az xəbər saytı

Hava şəraiti ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitinin yollarda yarada biləcəyi çətinlikləri nəzərə alaraq, hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırıb.

BDYPİ-dən Far.Az-ə verilən məlumata görə, sürücülərə yağışlı havada sürət həddini yol və hava şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və qəfil tormozlamadan çəkinmək, eləcə də işıq cihazlarından düzgün istifadə etmək tövsiyə olunub.

Qeyd olunub ki, güclü külək zamanı xüsusilə yük, qoşqulu və tentli nəqliyyat vasitələrinin sürücüləri küləyin hərəkət dayanıqlığına təsirini nəzərə almalıdırlar.

"İntensiv yağıntı nəticəsində su basmış və ya sel təhlükəsi olan yol sahələrinə daxil olmamaq, belə ərazilərdə mövcud məhdudiyyətlərə və polis əməkdaşlarının göstərişlərinə ciddi əməl etmək vacibdir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını dəyişkən hava şəraitini nəzərə almağa, yollarda tələsməməyə, təhlükəsizlik qaydalarına riayət etməyə çağırır", - məlumatda bildirilib.

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər