Misirdə teleaparıcı narkotik cinayətinə görə ölüm cəzası aldı
Far.Az xəbər saytı

Misirdə teleaparıcı narkotik cinayətinə görə ölüm cəzası aldı


Misirdə məhkəmə keçmiş televiziya aparıcısı Sara Xəlifə və daha 11 nəfərlə bağlı narkotik cinayəti üzrə hökm çıxarıb.

BAKU.WS xəbər verir ki, məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslər narkotik vasitələrin qanunsuz hazırlanması və saxlanılmasında ittiham olunublar. İş üzrə daha doqquz nəfər ömürlük həbs cəzası alıb, yeddi təqsirləndirilən şəxs isə məhkəmə tərəfindən bəraət qazanıb.

Bununla belə, ölüm hökmü hələ qüvvəyə minmiş yekun qərar hesab edilmir. Təqsirləndirilən şəxslərin qərardan apellyasiya və kassasiya instansiyalarına şikayət vermək hüququ var.

İstintaqın diqqət mərkəzinə düşən cinayət şəbəkəsi ilə bağlı araşdırmalar 2025-ci ilin aprelində başlayıb. Qahirənin şərq hissəsində yerləşən yaşayış evlərindən birində sintetik narkotiklərin hazırlandığı gizli istehsal məntəqəsi aşkarlanıb. Əməliyyat zamanı hüquq-mühafizə orqanları ümumilikdə 750 kiloqramdan çox narkotik maddə müsadirə edib.

Sara Xəlifə televiziya fəaliyyətinə Səudiyyə Ərəbistanı və İraqda başlayıb. Daha sonra şəxsi müəllif proqramını hazırlayıb və Qahirədə gözəllik salonu açıb. Keçmiş aparıcının sosial şəbəkələrdəki hesablarını isə 3 milyondan çox istifadəçi izləyir.

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Bu günün valyuta məzənnələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər