Meşə yanğınlarının tüstüsü hər il təxminən 100 min insanın ölümünə səbəb olub
Təbii yanğınların tüstüsü hər il təxminən 100 min insanın ölümünə səbəb olub.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) bülletenində bildirilib.
Təşkilatın məlumatına görə, güclü meşə yanğınlarının sayı artır və tüstünün toksikliyi səbəbindən bu, insanların sağlamlığı üçün ciddi fəsadlara səbəb olur.
"1990-cı illərdən etibarən dünyada yanğınlar nəticəsində yaranan ekstremal tüstülənmə hallarının sayı üç dəfə artıb. Mövcud hesablamalara görə, bu, 2010–2018-ci illərdə ildə təxminən 100 min əlavə ölümə səbəb olub", – bülletenin müəllifləri qeyd ediblər. Onlar real göstəricilərin daha yüksək ola biləcəyini də vurğulayıblar.
ÜMT ekspertlərinin fikrincə, risklərin qiymətləndirilməsi üçün istifadə olunan standart modellər tüstünün toksiklik dərəcəsini nəzərə almır və bununla bağlı ölüm hallarının sayını 93%-dək az qiymətləndirir.
ÜMT həmçinin xəbərdarlıq edib ki, meşə yanğınları və isti hava səbəbindən çirklənmənin artması havanın keyfiyyətinin yaxşılaşdırılması istiqamətində beynəlxalq səyləri nəticəsiz qoya bilər.
Təşkilatın məlumatına görə, 2025-ci ildə sağlamlıq üçün təhlükəli olan PM2.5 incə dispers hissəciklərinin konsentrasiyası Kanadanın şimalında, Rusiyanın bəzi ərazilərində, eləcə də Qərbi və Mərkəzi Afrikada orta göstəricilərdən yüksək olub.
ÜMT ekspertləri bunu yanğınların sayının artması ilə əlaqələndirirlər. Ötən il güclü çirklənmənin qeydə alındığı digər ərazi isə İspaniyanın şimal-qərbi olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər
-
KXDR suya buraxılarkən çevrilən "Kan Qon" esminesini istismara verib
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
İran ABŞ-nin təyyarədaşıyan gəmisi üzərində yeni raketi sınaqdan keçirib
-
ABŞ-də təyyarə uçuş zolağından çıxıb, ölənlər və xəsarət alanlar var
-
Öləcəyi yaşı əvvəlcədən bilən "Qorxaq" - Tanınmış sovet aktyorunun həyatından MARAQLI FAKTLAR













